Xorvatiyalı gözəlin Bakı gəzintisi - VİDEO/FOTOLAR

 Xorvatiyalı gözəlin Bakı gəzintisi - VİDEO/FOTOLAR

Xəbər verdiyimiz kimi, "Miss Xorvatiya 2016" titulunun qalibi İvana Knoll Bakıya gəlib. 
Asayis.Az xəbər verir ki, model ötən gün İçərişəhər gəzintisinə yollanıb. O, Bakıdan görüntülər yayımlayaraq, ilk dəfə qutab yediyini vurğulayıb. 

İvananın səfərinin məqsədi 28-30 aprel tarixlərində Bakıda keçiriləcək "Formula 1" Azərbaycan Qran Prisini izləməkdir. Model ötən gün axşam bununla bağlı keçirilən gecəyə də qatılıb. 

Qeyd edək ki, İvana 2022-ci ildə Qətərdə keçirilən Dünya Kuboku zamanı məşhurlaşıb. O, açıq geyimdə matç izləməyə yollanıb. Mediada Qətərdə insanların onun ölkəyə gəlişinə qadağa qoyulmasını, həbs olunmasını tələb etdiyi yazılıb. İnsanlar hətta modelin matç izlənməyə buraxılmamasını istəyib. 
 











14:13 - 28 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin