Ədliyyə Sarayında hərrac keçirildi - 1 milyon 280 min avro pul əldə olundu

 Ədliyyə Sarayında hərrac keçirildi - 1 milyon 280 min avro pul əldə olundu

Parisdəki Ədliyyə Sarayında narkotik qaçaqmalçılarından ələ keçirilən məhsullar hərraca çıxarılıb.
Asayis.Az 
xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.

Bildirilib ki, Fransanın paytaxtı Parisdəki tarixi Ədalət Sarayı narkotik qaçaqmalçılığı əməliyyatında ələ keçirilən dəbdəbəli əşya və malların satıldığı hərrac salonuna çevrilib.

Paris Apellyasiya Məhkəməsinin qarşısında park edilmiş lüks Lamborgini avtomobili çərşənbə axşamı hərraca çıxarılan 277 lüks əşyadan biri olub. 

Hərracdakı məhsulların ümumi açılış qiymətinin 700 min avro civarında olduğu deyilir. 

Ədliyyə Sarayında keçirilən hərracdan ümumilikdə 1 milyon 280 min avro vəsait əldə edilib.


Demokrat.az

09:59 - 28 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin