Azərbaycan açıq və şəffaf şəkildə öz Konstitusiyasına və hüquqlarına uyğun öz ərazisində addım atıb. Bu addımdan iki il yarım əvvəl problemin mahiyyətini izah edib deyib. Biz bu iki il yarımlıq müddət ərzində bir dəfə də olsun Fransadan Ermənistana çağırış görmədik.
Asayis.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə keçirdiyi mətbuat konfransında bildirib.
C.Bayramov vurğulayıb ki, Azərbaycanın suveren ərazilərində olan 10 min qanunsuz silahlının maliyyələşdirilməsi bölgədə gərginliyin bir nömrəli səbəbidir.