Ukraynalı jurnalist Boqdan Bitik Xerson vilayətində Rusiyadan olan snayperlər tərəfindən güllələnərək öldürülüb
Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Bildirilib ki, o, İtaliyanın “La Repubblica” qəzetində jurnalist işləyirmiş.
Hücum zamanı “La Repubblica”nın müxbiri Korrado Zunino da yaralanıb.
Zunino Xerson şəhərində xəstəxanaya yerləşdirilib və müalicəsi davam edir.
Xersonda rus snayperləri fəal olduğu üçün jurnalistin cəsədini çıxarmaq mümkün olmayıb.