Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra məhz ölkəmizin Ermənistanla qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülh müqaviləsi imzalamaq təklifini irəli sürdüyünü və bunun üçün rəsmi İrəvana 5 prinsip təqdim etdiyini vurğulayıb.
Asayis.Az xəbər verir ki, bu barədə dövlət başçısı aprelin 27-də Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edərkən deyib.
Prezident İlham Əliyev bildirib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından və 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistan öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir.