“İsa Qəmbərin oğlunun qondarma “erməni soyqırımı” ilə bağlı mövqeyi Vətənə xəyanətdir” - Tural Abbaslı

 “İsa Qəmbərin oğlunun qondarma “erməni soyqırımı” ilə bağlı mövqeyi Vətənə xəyanətdir” - Tural Abbaslı

“Əlbəttə ki, üzücü məsələdir. Uzun illər Müsavat Partiyasında təmsil olunmuşam və İsa Qəmbərin bu məsələyə yanaşmasını bilirəm. Düzdür, müasir aləmdə “atalar-övladlar” məsələsi var, qanunvericilikdə hərə özünə cavabdehdir. Amma hər halda ictimai qınaq da olmalıdır. Qınaq var və bunu qəbul etməlidirlər. Cəmiyyət olaraq beləyik. Ailə üzvləri, fərdlər bir-birilərinə görə mənəvi məsuliyyət daşıyırlar. Amma ən azından düşünürəm ki, bir ata və siyasi xadim olaraq İsa Qəmbər oğlunun qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı paylaşımına münasibət bildirməlidir. Ya dəstəkləməlidir, ya da deyə bilər ki, övlad mənimdir, o başqa fikirdədir, mən isə başqa...”

Asayis.Az xəbər verir ki, bu sözləri açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

“İnsanlara maraqlıdır ki, bu məsələ haradan gəlib. Mən də mövqe gözləyirəm. İlkin Qəmbərin münasibətini tənqid edirəm. Bu yanaşma doğru deyil. Bu, Papadan çox katoliklik etməkdir. Bir çox ölkələr heç bu məsələni qəbul etmir. Biz Türkiyə ilə qardaş dövlətik, əslində bu, Türkiyəyə yox, Türk-İslam dünyasına hücumdur. İlkin Qəmbər bunu fərqlənmək üçün, yaxud yaşadığı dövlətdə hansısa orqanlara xoş gəlmək üçün, ya hansısa layihə çərçivəsində mövqe tutmaq üçün edibsə, hər bir halda bu, Vətənə, millətə xəyanətdir”, - T.Abbaslı qeyd edib.

Pravda.az

13:35 - 26 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin