Aparıcı Bircan Bali pop ulduz Hadisenin Bakı konserti ilə bağlı yalan xəbər yayıb.
Asayis.Az yazır ki, o, aparıcısı olduğu “Söylemezsem olmaz” proqramında müğənninin 7 mayda baş tutması planlaşdırılan Bakı Konqres Mərkəzindəki konserti haqda yanlış informasiya ötürüb.
O bildirib ki, Hadise kabab restoranlarının birində 150 nəfərin qarşısına çıxacaq.
Məsələyə “Popbizde” səhifəsi aydınlıq gətirib. Yazılıb ki, Bircanın kabab restoranında çıxış edəcəyini dediyi Hadise minlərlə tamaşaçının yerləşə bildiyi Bakı Konqres Mərkəzində səhnə alacaq.
Qeyd edək ki, sözügedən mərkəzin konsert zalının tutumu 3500 nəfərdir.
OLAY