Bakıda dəhşətli qəza - 3 nəfər öldü

 Bakıda dəhşətli qəza - 3 nəfər öldü

Ötən gecə Bakı şəhər Binəqədi rayonu ərazisində ağır yol qəzası baş verib.

 

Asayis.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalının qarşısında – Biləcəri qəsəbəsi ərazisində “Nissan” markalı minik avtomobili “Shacman” markalı yük maşınına çırpılıb.

 

Nəticədə “Nissan”da olan şəxslərdən 3 nəfər hadisə yerində vəfat edib, 1 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlərin yaxın qohum olduğu bildirilir.

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

17:30 - 24 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin