Ayan yaşadığı binadan şikayətləndi: "Köçüb getmək istəyirəm" - VİDEO

 Ayan yaşadığı binadan şikayətləndi:

Müğənni Ayan Babakişiyeva yaşadığı binadan şikayətlənib.

Asayis.az xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında yaşadığı binasının qaraj hissəsinin su ilə dolduğunu və çökmə təhlükəsi yarandığını bildirib.

"Bura bizim yaşadığımız binanın qarajıdır. Hazırda suyu yığıblar. Burada yüzlərlə ailə yaşayır. Bu qədər məsuliyyətsizlik, bu qədər etinadsızlıq olmaz. Aidiyyəti qurumlar bununla maraqlanmalıdır.

Bildiyim qədəri ilə suyun analizi edilib. Deyiblər ki, təbii şollar suyudur. Başqa zaman suyu kəsirlər. Xəbərdarlıq edirlər. Bu su binanın çökməsinə səbəb olacaq. Artıq 2 aydan çoxdur. Bir dəfə də belə bir vəziyyət yaranmışdı. Gəlirlər plastmas vannalara suyu doldurub gedirlər. Heç kim maraqlanmır. Bir dəfə düzəltdilər, 1 ay qurudu.

Bildiyim qədəri ilə binanın arxa hissəsində çökmə prosesi baş verir. Artıq mən bu bundan qorxuram. Bu binadan köçüb getmək istəyirəm. Deyirəm gecənin, gündüzün birində bu buna çökəcək. Onda biləcəklər ki, millət öldü. Onda deyəcəklər ki, nədən imiş?! Səbəb budur", - Ayan bildirib.

BAKU.WS

VİDEO

16:48 - 24 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin