Amerikanın məşhur kişi jurnalı “Maxim” ilin ən seksual qadınının adını açıqlayıb.
Asayis.az xəbər verir ki, bu ilin qalibi böyük ölçülü model Eşli Qrem olub. Bununla da 35 yaşlı üç uşaq anası olan model jurnalın son nömrəsinin üz qabığında yer alıb. Nəşr onu "fiquranın kraliçası" kimi qələmə verib.
Eşli jurnal üçün kamera qarşına keçib.
Qeyd edək ki, Castin Ervinlə 12 ildir ailəli olan modelin Ayzek adlı oğlu və əkiz övladları var.