"Biz erməni kilsəsini dostluğa çağırırıq" - Allahşükür Paşazadə

Biz erməni kilsəsini dostluğa çağırırıq.
Asayis.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib k, biz mərhəmətdən danışırıq: "Biz həmişə dünyanı dostluğa çağırırıq. Dəfələrlə ermənilərə demişik. Biz din adamıyıq. Dini siyasiləşdirmək olmaz. Biz erməni kilsəsini dostluğa, barışığa çağırırıq. Bizlə düşmən dili ilə danışmaq olmaz. Hər kəs öz vəzifəsini yerinə yetirir. Din xadimləri öz yerində olmalıdır".

10:30 - 21 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin