"Cəmiyyətə bəzən elə filmlər təqdim olunur ki, baxdıqca xəcalət çəkirsən" - Oqtay Mirqasımov

"Bu gün təəssüf ki, ölkədəki kinoteatrlarda, o cümlədən Nizami Kino mərkəzində millətin zövqünü xarab edən bayağı, primitiv filmlər nümayiş olunur".

Asayis.Az xəbər verir ki, bu fikirləri Xalq artisti, kinorejissor, ssenari müəllifi Oqtay Mirqasımov “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino forumunda çıxışı zamanı deyib.

"Azərbaycan cəmiyyətinə bəzən elə filmlər təqdim olunur ki, baxdıqca xəcalət çəkirsən. Qəzəb və qorxu hissi keçirirəm. İstəmirəm belə filmlər nümayiş olunsun. Salondan çıxıb düşünürsən ki, bu ki xəyanətdir", o, əlavə edib.

 

Report

12:25 - 20 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin