Azərbaycanda Kino forumu keçirilir

 Azərbaycanda Kino forumu keçirilir

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş Kino forumu başlayıb.

Asayis.Az xəbər verir ki, forumda ölkənin mədəni-ictimai xadimləri, xarici qonaqlar və media mənsubları iştirak edir.

İki gün davam edəcək forum çərçivəsində Azərbaycan kinosunun bu günü və gələcəyi ilə bağlı təkliflər və ümumi müzakirələr olacaq.

11:43 - 20 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin