"Cənubi Qafqazda vəziyyətin gərginləşməsində Rusiya, İran, ABŞ və Fransa dövlətlərinin hər biri maraqlıdır. Onlar istəmirlər ki, Qarabağ məsələsi birdəfəlik tarixin arxivinə verilsin. Bu və ya digər formada təxtibatlarla, bölgədə gərginlik artırmaqla bu prosesi yenidən diriltmək istəyirlər. Ona görə də, bölgədə vəziyyət nisbətən gərginləşib".
Asayis.Az xəbər verir ki, bu fikirləri açıqlamasında sabiq deputat, politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, bu gərginlik Azərbaycana çox şeyləri vəd edir.
"Birincisi, Paşinyan da bəyan etdi ki, Qarabağ məsələsində onların konkret mövqeyi var, yəni Azərbaycanın tərkib hissəsidir. Başa düşür ki, proseslərin bu şəkildə davam etməsi Ermənistanın xeyrinə deyil, tezliklə ara qarışacaq. Yəni vəziyyət bu şəkildə davam etsə, Azərbaycan beynəlxalq məhkəməyə müraciət etsə, vurulmuş ziyana görə Zəngəzuru tamamilə ala bilərik. Ermənistan bunu başa düşməlidir və təxribatlardan əl çəkməlidir".
Politoloq bayrağın yandırılmasının çox yüksək peşəkarlıqla hazırlanmış təxribat olduğunu diqqətə çatdırıb:
"Sözügedən şəxs dizayner kimi Azərbaycan bayrağından bir paltar düzəldib. Bunu Ermənistanın təhlükəsizlik orqanları bilməyib? Deməli, bu təxribat Rusiyanın əliylə hazırlanıb.
İnanmıram ki, Fransa və ABŞ-ın belə bir marağı olsun. Belə ucuz təxribatlar İrana və Rusiyaya aid gedişdir. Bu tamamilə planlaşdırılmış təxribat idi. Ermənistanda Paşinyan hakimiyyəti də bunu dərk edir. Bilirlər ki, indiyə qədər buraxdıqları ən böyük səhvdir. Çünki təkcə bayraq yandırmadılar, daha sonra bayraqları cırdılar.
Görünən odur ki, hələ bu təxtibatın şokundan ayılmayıblar. Bu, Ermənistana çox ciddi zərbədir. Əlbəttə ki, bu, Rusiya və İranın təhlükəsizlik orqanlarının hazırladığı bir təxribatdır. Bu, birmənalı şəkildə Rusiya və İrana sərf edən məsələ idi. Ona görə də, biz özümüzə nə yeni düşmən axtaraq, nə də yeni təyinat nöqtələri".
Demokrat.az