Xalq artisti Röya Ayxan "MTV maqazin" verilişində restoranı barədə danışıb.
Asayis.Az xəbər verir ki, Mərdəkanda üçmərtəbəli lüks villada yaşayan müğənni birinci mərtəbədə şəxsi restoranının olduğunu bildirib:
"Formada qalmağımın səbəbi - hər gün qaldığım evdə üç mərtəbə aşağı düşürəm . Orada restoranım var və mən ora hər gün gözəl geyinib gedirəm. Qonaqlar deyir ki, idman ayaqqabısı geyinib gəlmişik. Harasa gedirik?
Cavab verirəm: "Xeyr! Ona görə bəzənmişəm ki, restorana gəlmişəm. Hər gün heç yerə gedə bilmirəm. Öz restoranıma gedirəm. Elə bilirəm ki, restorana gəlmişəm".
Həmin görüntüləri təqdim edirik: