Bərdədə elektron qolbaq taxılan həkimin məhkəməsi başlayır

 Bərdədə elektron qolbaq taxılan həkimin məhkəməsi başlayır

Bərdədə səhlənkarlıqda təqsirləndirilən Tahirə Allahverdiyevanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Asayisş.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək aprelin 18-nə təyin edilib.

 

Şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

 

Bərdə Rayon Məhkəməsinin hökmünə əsasən, o, 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

Qeyd: 2020-ci ilin may ayının 19-da Bərdə Doğum Evində Mustafayeva Rufanə Elçin qızının bətnində olan dölün ölü doğulması faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

 

İstintaqla Bərdə Doğum evinin həkim mama-ginekoloqu Allahverdiyeva Tahirə Ənvər qızının Səhiyyə Nazirliyinin “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə” Klinik protokoluna əsasən üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək hamilə qadın kimi qeydiyyata götürdüyü Bərdə rayonu, Qaradırnaq kənd sakini R.Mustafayevanın hamiləliyini təxirəsalınmaz qaydada operativ yolla yekunlaşdırmaması nəticəsində sonuncunun ölü uşaq dünyaya gətirməsi ilə ağır nəticələrə səbəb olan səhlənkarlıq etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Toplanan sübutlara əsasən T.Allahverdiyeva Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilmiş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdi.

 

17:00 - 17 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin