Deputat: “Ermənistan rəhbərliyi bayrağımızın yandırılmasına görə cavab verməlidir"

 Deputat: “Ermənistan rəhbərliyi bayrağımızın yandırılmasına görə cavab verməlidir

"Bir ölkənin başqa dövlətin təmsilçilərinə, onun bayrağına qarşı bu cür hörmətsizliyi, bu cür alçaldıcı münasibət göstərməsi görünməmiş vəhşilikdir".

Bu fikirləri Asayis.az açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. 

Deputat bildirib ki, Ermənistanın bu hərəkətinə heç də təəccüblənməməliyik: 

"Ermənilər bununla dünyaya nümayiş etdirdilər ki, onlar dövlətə malik olmaq üçün heç bir mənəvi haqqa da sahib deyillər. Yəni ermənilərin sadəcə olaraq bir toplum kimi hansısa ölkənin ərazisində mövcud olmaları daha məqbuldur. Çünki bu dövlət regionda bütün  inkişaf imkanlarını məhdudlaşdırmaqla məşğuldur. Bu dövlət kənardan idarə olunaraq regionda daim gərginliyin saxlanılmasını şərtləndirən addımlar atmaqla məşğuldur. Ermənilər hər zaman başqa xalqlara qarşı düşmənçilik hisslərini öz içlərilərində saxlayıblar və onu nəsildən nəsilə ötürüblər. Təkcə azərbaycanlılara qarşı deyil, türklərə, gürcülərə, hətta rusların özlərinə qarşı da ermənilər həmişə nifrətlərini büruzə veriblər". 

16:30 - 17 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin