Azərbaycan nümayəndə heyəti Ermənistanı tərk edərək Gürcüstana daxil olub”.
Asayis.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Tbilisidən Bakıya uçacaq təyyarə idmançılarımızı bu axşam Vətənə çatdıracaq.
Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürüb və onu yandırıb, ardınca da zaldan qaçmağa çalışıb. Bu vandalizmlə əlaqədar Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar və buna səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.