"Əsgərlikdə olmasam da, müharibəyə getdim"

"İkinci Vətən müharibəsi başlayanda 37 yaşım var idi. Yaşım düşmürdü, çünki o yaşda hərbiyə çağırış yox idi. Amma qaçıb getdim hərbiyə". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov "7 canlı" verilişində deyib. O bildirib ki, əsgərliyə getməyib:

"Zamanında orqanizmimdə olan problemlərə görə əsgərliyə aparmadılar. Ayağımın altı düz idi və mədəmdə xora varıydı. Halbuki əsgər olmaq böyük arzum idi. Əsgərlik də keçməmişdim. Arxa cəbhədə - Beyləqan, Füzuli, Ağcabədi tərəfdə əsgərlərə kömək etmək istəyirdim. ATV-də verilişlərin birində çıxışımı etdim və oradan çıxıb birbaşa müharibəyə getdim"

12:30 - 15 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin