Vilayət Eyvazov ölkədə baş verən cinayətlərdən danışdı

 Vilayət Eyvazov ölkədə baş verən cinayətlərdən danışdı

2023-cü ilin I rübündə ümumi cinayətlərin açılması 81,9 faiz təşkil edib və 80,3 faizi böyük ictimai təhlükə törətməyən və az ağır növlər olub. Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 9 448 cinayətin 83,5 faizi, o cümlədən keçmiş illərdən bağlı qalmış 95 cinayət açılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin kollegiya iclasında nazir, general-polkovnik Vilayət Eyvazov bildirib.

O deyib ki, qəsdən adam öldürmələr, qəsdən sağlamlığa ağır zərər vurmalar, mənzillərdən edilən oğurluqlar, mal-qara oğurluqları, quldurluqlar, soyğunçuluqlar, xuliqanlıqlar, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən və odlu silahın tətbiqi ilə baş verən hüquqazidd əməllər 2022-ci ilin 3 ayı ilə müqayisədə azalıb.

Ağır və xüsusilə ağır cinayətlərin, şəxsiyyət əleyhinə olanların, onlardan qəsdən adam öldürmə və ona cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, habelə quldurluqların açılması yaxşılaşıb. İstintaq prosesində görülmüş tədbirlərlə cinayətlərdən zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyanın 78,5 faizi ödətdirilib.

19:00 - 14 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin