"Aktyorlar üçün qəbiristanlıq yaradılsın" - Afaq Bəşirqızı

"Neçə vaxtdır deyirəm ki, aktyorlar üçün qəbiristanlıq yaradılsın. Çünki aktyorlar, incəsənət adamları rəhmətə gedəndə hamı qalır bir-birinə baxa-baxa. Çətinlik çəkilir, gözləyirlər ki, Qurd qapısından, Xırdalandan xəbər verilməlidir".
Asayis.Az 
Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "ATV səhər"ə açıqlamasında deyib. Aktrisa Rusiyada olan Novodeviçye qəbiristanlığını misal çəkərək Azərbaycanda da eynisinin yaradılmasını təklif edib:

"Tanınmış aktyorlar bir yerdə dəfn edilməlidir. Novodeviçye qəbiristanlığına giriş bizim pulla 5 manatdır. Oradan yığılan pul isə işçilərə verilir. Onlar da qəbirləri, otları təmizləyir, çiçəklər əkirlər".

Qeyd edək ki, A.Bəşirqızı təklifi bir neçə gün əvvəl keçirilən Teatr Forumunda da edib. 
 

 

16:59 - 14 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin