Bir qədər əvvəl azaraq Ermənistan ərazisinə keçən və Zəngəzurun Açanan kəndində əsir düşən azərbaycanlı əsgərin əllərini bağlayıb döyən şəxslərin fotoları yayılıb.
Asayis.Az xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat paylaşılıb.
Sosial şəbəkə istifadəçiləri həmin şəxslərin cəzalandırılmasını tələb ediblər.
Əsgərimizi döyən şəxslərə aid olduğu deyilən fotonu təqdim edirik: