Tanınmış meyxanaçı "BOMJ" HƏYATI YAŞAYIR - VİDEO

 Tanınmış meyxanaçı

Məşhur "Lotular" mahnısının ifaçısı Elşən Binəqədi küçədə yaşayır.

Pravda.az xəbər verir ki, bu barədə Baku TV-də yayımlanan "Arzunun vaxtı" verilişində məlumat verilib.

17 il həbsdə olan meyxanaçı artıq üç ildir ki, küçədə qalır: "Burada qalıram, evim-eşiyim buradır".

Elşən Binəqədinin sözlərinə görə, içki düşkünü olandan sonra həyatı dəyişməyə başlayıb. İndi isə plastik qablar, dəmir yığıb satmaqla çörəkpulu qazanır. 3 ildir ailəsinin dağıldığını bildirən Elşən, bir qız övladı olduğunu qeyd edib. Meyxanaçı həyat yoldaşından ayrıldığı vaxtdan etibarən küçələrdə qaldığını sözlərinə əlavə edib.

Bu da onun son durumunu əks etdirən görüntülər:

10:11 - 14 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin