Rusiya 5 milyard dollar təzminat ödəməlidir - Haaqa Məhkəməsindən QƏRAR

 Rusiya 5 milyard dollar təzminat ödəməlidir - Haaqa Məhkəməsindən QƏRAR

Haaqa Arbitraj Məhkəməsi Rusiya hökumətinin üzərinə “Naftoqaz Ukrainy” şirkətinə 5 milyard dollar təzminat ödəmək öhdəliyi qoyub.
Asayis.Az 
Azpost.info-ya istinadən xəbər verir ki, bu məbləğ şirkətə Krımdakı aktivlərinin itirilməsindən dəymiş ziyana görə ödənilməlidir.

“Söhbət 2014-cü ildə Rusiyanın Krımdakı aktivlərimizi zəbt etməsinin nəticələrindən gedir”, – şirkətinin rəhbəri Aleksey Çernışov bildirib.

Onun sözlərinə görə, Moskva məhkəmənin qərarını könüllü icra etməkdən imtina edərsə, arbitraj qərarının tanınması və onun Rusiya aktivlərinin yerləşdiyi dövlətlərin ərazisində icrasına icazə verilməsi prosesinə başlamaq hüququna malikdir.

17:57 - 13 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin