"Ermənistan tərəfi vaxtında yolu çəkmədi və bizdən xahiş etdilər ki, onlara 15 kilometrlik köhnə yola çıxış imkan verək. Əlbəttə ki, dövlətimiz tərəfindən buna imkan verilmişdi. Ancaq aprelin 1-nə kimi onlara vaxt qoyulmuşdu. Həmin vaxt yetişəndə rus sülhməramlıları oradan çəkildi və Azərbaycan hərbçiləri mövqe tutmağa başladılar".
Asayis.Az xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisinin deputatı Rasim Musabəyov ötən gün Laçın istiqamətində baş verən toqquşmalardan danışarkən deyib.
Deputat qeyd edib ki, Ermənistan fərqli mövqe tutur və Azərbaycan isə buna adekvat olaraq hazırlıq işləri görür:
"Ermənilər bizə qarşı nə etdilər? Başladılar zarımağa. Onlar Azərbaycanın ərazilərini, yəni 30 il işğal etdikləri torpaqlarımızı öz torpağı kimi istifadə etməyə öyrəşmişdilər. Bunlar bizimkidir, ya deyil, hələ bunlar aydınlaşdırılacaq. Biz həmin müddətdə yüksəkliklərdə mövqelərimizi tutmuşduq və bunlar ayılandan sonra başladılar ki, hardasa 100 metr, hardasa 300 metr guya Ermənistanın ərazisinə daxil olmuşuq. Və mətbuatda tənqid etməyə başladılar və bununla da, həmin mövqeləri ələ keçirtmək istəyirdilər. Ancaq ənənəvi olaraq hər dəfə bunlar buna görə itki verirlər və məcbur olurlar zarıya-zarıya oradan çəkilməyə. Bu dəfə bunu edəndə düşünürdülər ki, mayın əvvəlində Vaşinqtonda baş tutacaq görüşə görə Azərbaycan gərginlik yaratmayacaq və hansısa bir xələl gətirmək istəməyəcək. Yəni, biz bunların təxribat fəaliyyətinə yumşaq cavab verəcəyik. Ənənəvi olaraq ordumuz bu dəfə də lazımi cavab verdi. Biz geri çəkilməmişik və əsla çəkilməyəcəyik!".
Demokrat.az