"Korpus komandirinin orda olması göstərir ki, bu, onların göstərişi ilə həyata keçirilib" - Nazir

Ermənistan və Azərbaycan münasibətlərinin normallaşması istiqamətində müsbət addımlar atılanda Ermənistan tərəfindən siyasi və hərbi təxribatlara şahid oluruq.
Asayis.Az 
xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Şimalı Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, bu, ilk hal deyil: “Azərbaycan tərəfi məsələni araşdırır, ancaq ilkin rəylərə əsaslansaq, aydın olur ki, bu planlaşdırılmış təxribat idi. Korpus komandirinin orada olması göstərir ki, bu, onların göstərişi ilə həyata keçirilib, bu adi hərbçinin qərarı deyildi. Bu bir daha onu göstərir ki, bu təxribatın arxasında plan olub”.

Xarici işlər naziri onu da vurğulayıb ki, bu ərazilərə yaxın ərazilərdə sürətli quruculuq işləri gedir: “Bu təxribatların törədilməsi bizim vətəndaşlarımızın azad olunmuş ərazilərə qayıtmasına mane olmaq istiqamətində atılan addım kimi başa düşülə bilər. Ermənistan bu təhlükəli və təhrikedici addımlarından çəkinməlidir, bunun nəticələri Ermənistan üçün ağır ola bilər, necə ki, bu dünən oldu”.

13:10 - 12 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin