Azad edilmiş ərazilərə xərclənən vəsaitlərin səmərəliliyi araşdırıla bilər

 Azad edilmiş ərazilərə xərclənən vəsaitlərin səmərəliliyi araşdırıla bilər

Biz düşmən tapdağından azad edilən əraziləri tikinti meydanından əməkdaşlıq arenasına çevirmişik.

Bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatının müzakirəsi zamanı komitə sədrinin müavini Əli Məsimli bildirib.

Əli Məsimli deyib ki, indiyə qədər azad edilmiş ərazilərdə tikinti-bərpa işlərinə 6,5 mlrd manat vəsait sərf edilib, yaxın zamanda bu məbləğ 10 mlrd. manata çatdırılacaq:

“Bu istiqamətdə Hesablama Palatasının atdığı ilk addımın nəticəsi yoxdur. Hesab edirəm ki, burada vəsaitdən istifadənin səmərəliliyini artırmaq yönümündə təsirli tədbirlərin icrasında Hesablama Palatasını gücündən istifadə edilməsə, bu, gələcəkdə xeyli əlavə problemlərin yaranmasına səbəb ola bilər”.

Deputat Vahid Əhmədov da azad edilmiş ərazilərdə Hesablama Palatasının fəaliyyətinin genişləndirilməsini vacib sayıb: “İşğaldan azad edilmiş ərazilərdə auditi genişləndirmək lazımdır və auditləri daha sərt keçirmək lazımdır. Çünki azad edilmiş ərazilər nəzarətdən uzaq yerdir”./APA

12:40 - 12 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin