Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Bu barədə Asayis.az-a Müdafiə Nazirliyindən bildirilib.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.