"Fəxri adlar yaşa görə yox, işə görə verilməlidir."
"Teatrda rollar əmioğlu, bibioğlu prinsipi ilə bölünməməlidir".
Asayis.Az xəbər verir ki, bunu Xalq artisti Nurəddin Mehdixanlı “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib.
O bildirib ki, teatrların kommersiya layihələri olmalıdır:
"Həmçinin teatrda ciddi nizam-intizam olmalıdır. Hər şey ədalət prinsipinə əsaslanmalıdır. Onda çox şey həll olunacaq".
demokrat.az