64 yaşında hamilə qalan xanım danışdı: “Bacarana can qurban!”

 64 yaşında hamilə qalan xanım danışdı: “Bacarana can qurban!”

“Elgizlə izlə” verilişində hamilə olduğu deyilən 64 yaşlı iştirakçı Həqiqət xanım onu qınayanlara cavab verib.

Asayis.Az xəbər verir ki, Həqiqət xanım bu haqda sosial şəbəkədə paylaşım edərək insanlara cavab verib:

“Camaatın bu paxıllığı olmasa, necə olardı görəsən? Həqiqət xanım sağlam xanımdır, siz niyə mənim üçün narahat olursunuz? Hamı deyir ay haray, hamilə qaldı... Yaxşı etmişəm! Əccəb etmişəm! Allah verən paydır. Mən gedib oğurluq etməmişəm, kiminsə çörəyinə bais olmamışam, kiminsə evini yıxmamışam. Məndən nə istəyirsiniz?! Yaxşı edirəm, bacarana can qurban!  Laızm olacaq, üzə çıxacaq, lazım olmayacaq Allah nə desə, o da olacaq. Sizi indidən niyə sancı tutub? Erməni deyiləm ki, Azərbaycan xanımıyam, nə olsun, bu, fərəhdir, şan-şöhrətdir. Daha yaxşı, vətəndaşın biri də artar. Burada nə var ki? Bu məsələdə biabırçılıq olan nə var?”

Xatırladaq ki, Həqiqət xanım ötən il aparıcı və prodüser Tarix Əliyevin (Tolik) verilişinə gəlib.

O, proqramda gənclik illərində başına gətirilən müsibətlərdən danışıb. 18 yaşında təcavüzə uğradığını və körpəsini anasının öldürdüyünü deyib.

Daha sonra Tolik onu evlənməsi üçün “Elgizlə izlə” proqramına aparıb. Həqiqət orada Qoçəli bəylə tanış olaraq ailə qurub. Bir müddət əvvəl cütlüyün nişan və toy mərasimləri baş tutub./Yenisabah.az

 

15:09 - 11 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin