"Deyərdin ki, yatıb qalacağam, gəlmək imkanım yoxdur" - Rövşanədən İlkin Əhmədovla bağlı SƏRT SÖZLƏR

Bu gün “Space səhər” efirində gərgin anlar yaşanıb.

Asayis.Az xəbər verir ki, OLAY yazır ki, Əməkdar artist İlkin Əhmədov qonaq olduğu canlı yayıma 2 saat gecikib.

Sənətçinin verilişə gəlməməsi aparıcı Rövşanə Ağasəfqızını özündən çıxarıb. O, elə canlı efirdə İlkin Əhmədov barədə fikirlər səsləndirib:

“Respublikanın Əməkdar artistidir, məsuliyyət sıfır. Biz saat 6-dan buradayıq, haradasan, İlkin Əhmədov? Biz sənə hörmət etmişik, əziz bilmişik. Anonslar paylaşılıb, insanlar da səni gözləyir. Əməkdar artist adını daşıyırsan, vaxtında efirə gəlmək lazımdır. Gələ bilmirdinsə, deyərdin ki, gələ bilmirəm, zamanım yoxdur. Efirə çıxmaq istəyən nə qədər müğənni var. Gələcəkdilər, canla-başla əyləşəcəkdilər. Haradasan? Bu qədər tıxac olur? Hörmətsizlikdir bu? O zaman bizdən də gözlə. Nə haqla efirimizi boş qoyursan? Biz sənə bu haqqı verməmişik. Dünəndən deyərdin ki, yatıb qalacağam, yeyib qalacağam, gəlmək imkanım yoxdur. Əməkdar artistsən bu xalqın, ölkənin təmsilçisisən. Xaricdə ölkəni təmsil edirsən. Bu gün səni hörmətli bilib efirə dəvət etmişik. Sən bizim efirə problem yaradırsan. Xalqa və efirə qarşı hörmətsizlik edirsən. Gəlsən belə, efirə çıxmağına ehtiyac yoxdur”.

Qeyd edək ki, İ.Əhmədova sonradan efirə gəlsə də, R.Ağasəfqızı efirin sonuna 10 dəqiqə qaldığını deyərək onu efirə buraxmayıb.

 

14:59 - 11 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin