Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Məclisin deputatı Aqil Abbası 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Asayis.Az xəbər verir ki, A.Abbas açıqlamasında Prezidentin Sərəncamı ilə bağlı təəssüratlarını bölüşüb.
“Möhtərəm Prezidentə diqqət və qayğısına görə təşəkkür edirəm ki, mənim əməyimi qiymətləndirib. Cənab Prezident mənə ən böyük mükafatı Qarabağı, Ağdamı, evimizi-eşiyimizi, Şuşamızı azad etməklə verib. Ən böyük mükafatım budur. “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyimə də yalnız sevinirəm, mənə surpriz oldu”, - deputat bildirib.
Pravda.az