Tanınmış aktrisa faciəvi şəkildə öldü

 Tanınmış aktrisa faciəvi şəkildə öldü

Tanınmış rus aktrisa Yelena Şulman faciəli şəkildə vəfat edib.

Asayis.Az xəbər verir ki, aprelin 7-si axşam saatlarında trolleybusun vurduğu aktrisa bu gün dünyasını dəyişib.

Hadisə Sankt-Peterburqda avtobus dayanacaqlarından birində baş verib. Piyadaların sıx olduğu küçə ilə hərəkət edən aktrisa qəfildən avtomobil yoluna çıxıb. Nəticədə dayanacağa yaxınlaşan trolleybusa çırpılaraq təkərləri altında qalıb.

Yelena Şulman ağır xəsarətlərlə dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. O, 54 yaşına bir gün qalmış həyatla vidalaşıb.

Qeyd edək ki, məşhur dublyaj aktrisası olan Yelena 650-dən çox bədii və cizgi filmini səsləndirib, onlarca tanınmış aktyorun səsi olub. O, filmlərdə də rol alıb, rejissor kimi də fəaliyyət göstərib./Konkret.az

Pravda.az

13:59 - 11 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin