Dilarə Kazımova biseksualdı?

 Dilarə Kazımova biseksualdı?

Müğənni Dilarə Kazımova qonaq olduğu verilişdə iddialı açıqlamalar edib.

OLAY yazır ki, “AStar” verilişinə qonaq olan müğənni keçmiş həyat yoldaşının onun işinə maneə yaratmasından danışıb:

“Əvvəllər o, məni çox dəstəkləyirdi hətta “Avroviziya”ya gedəndə də ən böyük dəstəkçim idi.Sonradan onda qısqanclıq çox oldu. Səbəbsiz yerə məni qısqanmağa başladı. Obraz kimi formalaşmağım artıq onda qısqanclığa səbəb verirdi. Geyindiyim köynək kiminsə xoşuna gələndə, ya da kimsə mənə sual verəndə ,artıq onda qısqanclıq yaranırdı. Biz sənət insanları bir az fəqliyik ona görə də bu bizə adi gələ bilər. İnsanlar bu peşəyə yaxın olmayanda və bizi sevəndə şərhləri oxumağa başlayırlar. Həmişə deyirəm ki, şərhləri oxumayın. Mənə təsir etmir, amma yanımdakı insana çox təsir edir. Çətinliklə ayrıldıq, çünki bizi elə böyüdüblər ki, ailəni sonadək qoruyub saxlamalısan. Çalışdım, amma gördüm ki, bu, mümkün deyil… Artıq bu səsimə də təsir edirdi, qışqırıb-bağırırdıq deyə səsim batırdı.

Səbəbsiz olduğuna görə, ayrılmaq mənə çox pis təsir etdi. Həmişə deyirdi ki, sənin ətrafında pullu kişilər var,sənə çoxlu hədiyyə göndərirlər və sənə baxışları fərqlidir. Mən onların baxışlarını təsəvvür edirəm, yəqin ki, onlar mənə ehtirasla baxırdı. Mənə gələn hədiyyələri ərdə olanda qəbul etmirdim, amma boşanandan sonra qəbul etməyə başladım. Bahalı hədiyyələr, brilliantlar olurdu…”.

Veriliş zamanı aparıcı Ülvira Qarayeva iddia edib ki, Dilarənin biseksual olması barədə söz-söhbətlər gəzir:

“Yox, mən biseksual deyiləm. Məncə insanlar öz həyatlarını yaşamalıdırlar. Dostlarım var və öz işlərində peşəkardırlar, heç kimin şəxsi həyatına müdaxilə etmək istəmirəm. Mən belə şeyləri sevmirəm. Ümumiyyətlə, heç kimə məsləhət belə verə bilmərəm. Əgər həyatda hər şey sevgi və qayğı ilə qurulursa, onlara necə deyə bilərəm ki, yox belə etməyin.Təbliğata qarşı çıxmıram. Belə insanlarla çalışıram və onlarla dostamsa bunu təbliğ etmirəm, sadəcə dostam. Bu sual mənim üçün bir az çətindir.Çünki heç kimin xətrinə dəymək istəmirəm. Bizdə iki tərəf var: kimi bunu qəbul edir, kimi isə yox. İstəyirəm ki, heç bir tərəf məndən küsməsin. Özüm üçün neytral mövqe seçmişəm”.

Sənətçinin sözlərinə görə, “Avroviziya” zamanı ona narkotik maddə də təklif ediblər:

“Amsterdamda olarkən orada bizə narkotik maddə təklif etdilər, amma qəbul etmədim, çünki onu hər insanın vücudu qəbul etmir və sonradan problemlər yaranır”.

17:25 - 10 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin