Türkiyədə keçiriləcək prezident seçkilərində namizəd olan CHP başqanı Kamal Kılıçdaroğlunun soğanla bağlı paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Asayis.Az xəbər verir ki, Kamal Kılıçdaroğlu soğanla bağlı paylaşımında Türkiyədəki ərzaq qiymətlərinin bahalığına diqqət çəkib.
O bildirib ki, əgər prezident seçilərsə, Türkiyəyə demokratiya gələcək:
“Bizim əsas gündəmimiz budur. Ölkənin başına mən gələndə demokratiya gələcək, pul gələcək. Valyutalar azalacaq, alıcılıq qabiliyyətiniz artacaq. Bolluq və bərəkət gələcək. Bu qədər sadə. Bunların hamısı mütləq olacaq. Amma seçimlər düzgün edilməsə, mənim əlimdə tutduğum bu soğan 100 lirə olacaq”.
Kamal Kılıçdaroğlunun bu paylaşımı isə sosial şəbəkələrdə müzakirə olunub.