Zakir Həsənov yeni hərbi obyektlərdə - Yenilənib

 Zakir Həsənov yeni hərbi obyektlərdə - Yenilənib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə yeni istifadəyə verilən hərbi obyektlərə baxış keçirib.

Müdafiə Nazirliyindən (MN) Asayis.az-a verilən məlumata görə, nazir ilk olaraq yeni istifadəyə verilmiş texniki-təmir məntəqəsində görülən işlərlə tanış olub.

Nazirə Ordunun dislokasiya olunan bölmələrini silah və döyüş sursatı ilə fasiləsiz təmin etmək üçün anbarda bütün növ şəraitin yaradıldığı barədə məlumat verilib. Bildirilib ki, yeni istifadəyə verilən anbarda silah və döyüş sursatının müxtəlif iqlim şəraitində uzun müddətli saxlanılması zamanı keyfiyyətinin qorunması üçün müasir standartlara cavab verən şərait mövcuddur.

Birləşmiş Anbarlar Mərkəzinin və yeni istifadəyə verilən hərbi infrastrukturun imkanları ilə tanış olan müdafiə naziri xüsusilə sərt iqlim və kəskin relyefli ərazilərdə dislokasiya olunan bölmələrin fasiləsiz təminatı, o cümlədən bütün növ təminat vasitələrinin - ərzaq, əşya-əmlak, yanacaq, silah-sursat, döyüş texnikasının ehtiyat hissələrinin və digər əmlakın qorunub-saxlanılması ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib.

İşğaldan azad edilmiş ərazilərdə daha bir hərbi obyekt istifadəyə verilib.

Müdafiə nazirinə məruzə edilib ki, şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün burada qərargah binası, yataqxana, xidməti otaqlar, tibb məntəqəsi və digər infrastruktur obyektləri tikilib, müasir avadanlıqlarla təchiz olunub.

Bildirilib ki, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün yeni qərargahda müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş rabitə qovşağı və server otağı mövcuddur.

 

18:09 - 9 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin