Mesut Özil siyasətə atılır

 Mesut Özil siyasətə atılır

Türkiyənin ulduz futbolçularından olan Mesut Özil millət vəkilliyinə namizədliyini irəli sürüb.

Asayis.az "Haber 7"ə istinadən xəbər verir ki, Özil Ədalət və İnkişaf Partiyasından namizəd olacaq.

Qeyd edilir ki, martın 22-də karyerasını bitirdiyini açıqlayan 34 yaşlı ulduz futbolçunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın partiyasının İstanbuldan millət vəkili namizədi kimi irəli sürüləcək.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın partiya heyəti ilə birlikdə müəyyən etdiyi Ədalət və İnkişaf Partiyasından namizəd siyahılarında sürpriz adların olacağı bildirilmişdi.

16:00 - 9 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin