Azərbaycanda fəaliyyət göstərən daha bir partiya fəaliyyətini dayandırıb.
Asayis.Az xəbər verir ki, Müstəqil Azərbaycan Partiyası aprelin 7-də fəaliyyətinə son verib.
Qeyd edək ki, Müstəqil Azərbaycan Partiyasını tanınmış alim Nizami Süleymanov qurmuşdu. O, 1992-ci ildə prezidentliyə namizəd olmuşdu və populist çıxışları ilə qısa bir zamanda populyarlıq qazanmışdı. Nizami Süleymanov 1998-ci ildə də prezident seçkilərində iştirak etmişdi, lakin bu dəfə əvvəlki uğurunu təkrarlaya bilməmişdi.
MAP 1993-cü ildə rəsmi dövlət qeydiyyatına alınıb, 2016-cı ildə Nizami Süleymanovun vəfatından sonra faktiki fəaliyyət göstərmirdi.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası (ATP), Birlik Partiyası (BP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Azad Respublikaçılar Partiyası (AARP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) fəaliyyətini dayandırıb. Qaynarinfo