Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb.
Asayis.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğv edilib. Xidmətin əsasında SHXÇDX-nin Naxçıvan üzrə baş idarəsi yaradılıb.
Bundan başqa, əvvəlki xidmətdə mövcud olan birinci müavin və üç müavin postu da ləğv olunub. Yeni baş idarədə müavinlər postu yaradılıb.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşılırıb.