Müdafiə Nazirliyi məlumat yaydı: Aprelin 7-si saat 13:20-dən 13:45-dək...

 Müdafiə Nazirliyi məlumat yaydı: Aprelin 7-si saat 13:20-dən 13:45-dək...

Aprelin 7-si saat 13:20-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Asayis.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

16:49 - 7 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin