"Gürcüstan və Azərbaycan uzun illər bir-birilə sıx əlaqədədir. Biz dostuq, müttəfiqik".
Asayis.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatları zamanı deyib.
"Xalqlarımızı qardaşlıq əlaqələri bağlayır. Bütün müzakirə olunan məsələlər bir məqsədi güdür ki, ikitərəfli əməkdaşlığı dərinləşdirək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları ataq", - Prezident qeyd edib.