REAL partiyası ilə ADR arasında nə baş verir?

 REAL partiyası ilə ADR arasında nə baş verir?

Elə bilirdim, 1990-cı illərin və 2000- ci illərin şantajçı “anons jurnalistikası” əsasən tarixdə qaldı. Rüşvətxor icra başçıları haqqında anons verib pay müqabilində sonra daha yumşaq yazan ya da heç yazmayan “azad” ya da “müxalif” media redaktorlarını bir çoxunuz xatırlayırsınız. Amma yox, tarixdə deyil, hələ də gerçəkliyimizdır. İndi bu ənənəni qrant lazım olanda “vətəndaş cəmiyyəti” donunu geyinən, qrant çatmayanda isə özünə “siyasətçi” adını götürüb (Azərbaycan Demokratiya və Rifah Hərəkarının (ADR) sədri, iqtisadçı Qubad İbadoğlunu nəzərdə tutur – red) peşəmizi ləkələməyə can atanlar edir”.

Asayis.Az-ın xəbərinə görə, bunu REAL Partiyasının sədri İlqar Məmmədov bildirib.

“Hansı bank bu “siyasətçiyə” adının çəkilməməsi müqabilində pul ya da başqa imtiyaz çatdırarsa, cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu cür sözü olan sözünü birbaşa deməlidir! Anons nədir?” – İ.Məmmədov qeyd edib.

ADR-in İdarə Heyətinin üzvü Ədalət Yusubov da İ.Məmmədova cavab verib: “Qubad İbadoğlunun üzərinə  gələn belə “çox   az  idi”, biri də  yan  tərəfdən  çıxdı. Bu şəxs çox primitiv, dayaz, əsassız, böhtan xarakterli olduğu qədər də iddialı şəkildə üzərimizə yürüyüb   fəaliyyətimizlə onun “peşə yönümünə”, yəni “siyasətə” zərər  gətirməməyimiz   tələbində  bulundu. Bütün Azərbaycan cəmiyyətinə  siyasi, ictimai, sosial  kimliyi  çılpaqlığı  ilə  məlum  olduğu  halda   "üzünə  üz  taxıb" hələ  də  "siyasətdə"  mən  də  varam  düşüncəsilə    "evcik-evcik"  oyunu  ilə  məşğul olan  cənab  İlqar  Məmmədov müxalif  maska  taxmaqla  "başını  başlara"  qoşub   siyasi  gündəmdə  qalmaq  uğrunda  hər şeyindən  keçməyi  "siyasi  peşə" hesab  etmək   yalnız  sənlik  ola bilər. Qorxma, mayası  pislikdən  qidalanan "siyasət  bostanına"  özünə  hörmət  qoyan  kimsə şəriklik  etmək  istəməz”.

Pravda.az

11:44 - 7 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin