Xəbər verdiyimiz kimi, mətbuatda Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın vəzifəsindən azad edilməsinə dair məlumatlar yayılıb.
Asayis.Az xəbər verir ki, Demokrat.az-ın əməkdaşı xəbərin doğru olub-olmadığını aydınlaşdırmaq üçün səfir Elmira Axundova ilə əlaqə yaradıb.
Məsələyə münasibət bildirən Elmira Axundova açıqlamasında yayılan məlumatlara münasibət bildirib:
"Kimi səfir təyin edəcəklər, kimi geri çağıracaqlar - belə məsələlər cənab Prezidentin səlahiyyətindədir və onları müzakirə etmək qeyri-etikdir. Xahiş edirəm bunun ətrafında qalmaqal yaratmayaq. Əgər belə təyinatlar haçansa olacaqsa, bunu rəsmi KİV-lərdən öyrənəcəksiniz".
Xatırladaq ki, “Bakupost.az” saytı səfir Elmira Axundovanın vəzifəsindən azad edilməsinə dair məlumat yaymışdı.