Hindistanda yeni evlənən bəy və onun qardaşı ev kinoteatrı sisteminin partlaması nəticəsində dünyasını dəyişib.
Asayis.Az "BBC”yə istinadən xəbər verir ki, insident aprelin 3-də ölkənin mərkəzi hissəsində, Çhattisqarh əyalətinin Kabirdham rayonunda yeni evlənən cütlüyün evində baş verib.
Partlayışda bəy və qardaşı həlak olarkən 18 aylıq körpə də daxil olmaqla 4 nəfər yaralanıb.
Hadisənin arxasında gəlinin keçmiş sevgilinin olduğu iddia edilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.