İlham Əliyev Tacikistana getdi

 İlham Əliyev Tacikistana getdi

Aprelin 5-də  Prezident İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gəlib.

Asayis.Az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşıladılar.

 

12:05 - 5 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin