İlham Əliyev Türkiyənin sənaye və texnologiya nazirini qəbul etdi

 İlham Əliyev Türkiyənin sənaye və texnologiya nazirini qəbul etdi

Prezident İlham Əliyev aprelin 4-də Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edib.
Asayis.AZ 
xəbər verir ki, Türkiyənin ilk yerli elektromobili “Togg”un istehsalı ilə bağlı təbriklərini çatdıran dövlət başçısı onun Bakıya gətirilməsindən məmnunluğunu bildirib, bununla bağlı Türkiyə dövlətinin başçısına minnətdarlığını ifadə edib.

Azərbaycan Prezidenti bu tipli avtomobilin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirib.

Dünən Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşünü xatırladan Prezident İlham Əliyev qardaş ölkədə son illərdə həm müdafiə sənayesi, həm də mülki sənaye sahələrində yüksək texnoloji məhsulların istehsal olunduğunu deyib, bunun Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının zəkası, istedadı və əməyi nəticəsində ərsəyə gəldiyini vurğulayıb və “Togg”un istehsalına başlanılmasını da bu baxımdan yaxşı nümunə olduğunu bildirib.

Dövlət başçısı əldə olunan bütün bu uğurlar münasibətilə Türkiyə Prezidentinə, dost və qardaş Türkiyə xalqına təbriklərini çatdırıb.

17:30 - 4 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin