“SOCAR RUS” MMC-nin Müşahidə Şurasının iclası keçirilib - FOTO

 “SOCAR RUS” MMC-nin Müşahidə Şurasının iclası keçirilib - FOTO

4 aprel 2023-cü il tarixində SOCAR-ın Rusiya Federasiyasındakı törəmə müəssisəsi olan “SOCAR RUS” MMC-nin Müşahidə Şurasının iclası keçirilib.

İclasda “SOCAR RUS” MMC-nin Müşahidə Şurasının üzvləri və şirkətin rəhbər heyəti iştirak edib.

Görüş çərçivəsində “SOCAR RUS” MMC-nin cari ilin birinci rübündəki fəaliyyəti və görülən işlərin yekunlarına dair hesabatı müzakirə edilib. Görüşdə, həmçinin “SOCAR RUS” MMC-nin 2023-2025-ci illər üzrə biznesin inkişafı strategiyası iştirakçılara təqdim edilib, şirkətin idarəetmə standartlarının təkmilləşdirilməsi, səmərəliliyinin yüksəldilməsi və bu kimi digər məsələlər müzakirə olunub.

16:00 - 4 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin