“Samur” gömrük postunda saxlanılan “Mercedes” markalı TIR-dan “Qırmızı kitab”a düşmüş külli miqdarda budaqlı danaya bitkisi aşkar edilib.
Asayis.az-ın əldə etdiyi məlumata görə, Rusiyaya gedən Zöhrab Əliyevə məxsus yük maşınına baxış keçirilərkən ümumilikdə 127 200 ədəd danaya bitkisi müəyyən edilib. Bitkilərin ölkədən çıxarılmasına icazə verilməyib və toplanmış materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.
Faktla bağlı Qusar rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, budaqlı danaya bitkisindən gülçülük sahəsində geniş istifadə edilir.