İran Azərbaycandan nə istəyir?

 İran Azərbaycandan nə istəyir?

Azərbaycan həmişə qonşu dövlətlərlə qarşılıqlı əməkdaşlığın tərəfdarı olub. Vətən müharibəsindən sonra da sülh müqaviləsi imzalanması istiqamətində ən çox çalışan Azərbaycandır, Ali Baş Komandandır. Amma nə müşahidə edilir? İran Azərbaycana qarşı təxribatlarından, təhdidlərindən əl çəkmir. Artıq vəziyyət o həddə çatıb ki, “Cənub qonşusu” ifadəsi neqativ mənada başa düşülür. 30 il ərzində Ermənistan düşmən dövlət kimi qəbul edilib, bəs İran? İranın iç üzü 44 günlük Vətən müharibəsindən sonra üzə çıxdı, xain niyyətlərini gizlədə bilmədilər, birmənalı şəkildə Ermənistanı dəstəklədiklərini açıq şəkildə elan etdilər: Ermənistan sərhədinin toxunulmazlığı İranın qırmızı xəttidir. İran 30 il ərzində işğalda olan Azərbaycan torpaqlarının talanmasında birbaşa iştirak edib, ərazidən narkotrafik məqsədilə istifadə edib. Bu cür siyasət İslamın hansı formasında var? İran “şiəlik” adı altında manipulyasiya ilə məşğuldur.

2023-cü il... BÜTÖV AZƏRBAYCAN İLİ... »

İnsanlar anmalıdırlar ki, İslamın, xüsusilə şiəliyin İran rejiminə qəti şəkildə aidiyyatı yoxdur. Bir müsəlman dövləti işğalçı xristian dövlətinin yanında necə dayana və dəstək verə bilər? İran bütün çirkin əməllərini İslamla əlaqələndirir. İranı narahat edən həm də odur ki, Azərbaycan dövləti torpaqlarını işğaldan azad etməklə yanaşı, daxildəki İrana bağlı agentura şəbəkəsini də ifşa edir və bu, davam etməlidir, sonadək yad ünsürlər təmizlənməlidir. “Cənub qonşumuz” da terrora əl atır, qəzəbin həddinə baxın. Doğrudur, Milli Məclisin deputatı Fazil Mustafanın güllələnməsi faktı üzrə hər hansı detal məlum deyil, bilinən odur, naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib. Amma hamı dərhal İrandan şübhələnir. Buna əsasları da var.

Fazil Mustafanın son durumu açıqlandı Pravda.az

Akademik Ziya Bünyadovun, jurnalist Rafiq Tağının qətli sübutdur. Bakıda “Avroviziya” mahnı müsabiqəsi keçirilən zaman İranın ölkəmizdə planlaşdırdığı terror həmlələri haqqında çoxsaylı məlumatlar mövcuddur. Elə bir müddət öncə, Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan sonra İran heç bir araşdırma aparmadı, hadisəni ört-bastır etməyə çalışdı. Çünki İran terrora adi hal kimi baxır, sanki belə də olmalıdır.

Azərbaycanın İrandakı səfirliyinə hücum edən cinayətkarı zərərsizləşdirən  şəxsin kimliyi bilindi - Turkic World

Fazil Mustafanın güllələnməsi Azərbaycan xüsusi xidmət orqanlarının peşə bayramı günündə, İsraildə səfirliyimizin açılması ərəfəsində baş verdi. Bu, təsadüfi deyil, “şirin quyruğu” görünür. Fazil Mustafa cəhalətlə mübarizə aparırdı, özü də dəfələrlə bildirirdi ki, təhdid edilir. Ona görə də şübhələrin olması tamamilə normaldır. XXI əsrdir, dünya inkişaf edir, İran-molla rejimi isə orta əsrlər düşüncəsi ilə yaşayır, hələ özünü şirə də bənzədir. Bu cür əməllərin sahibləri, təxribat, terror törədənlər yalnız çaqqal ola bilərlər. Azərbaycan müstəqil dövlətdir, xarici siyasətini də özü müəyyən edir, İranın əyaləti deyil ki İsraildə səfirliyin açılmasını “Cənub qonşusu” ilə müzakirə etsin. İranın İrəvanda səfirliyi, Qafanda konsulluğu ola bilər, Azərbaycanın İsraildə səfirliyi ola bilməz? Gülünc arqumentdir. İran İslam Respublikası ordusunun Quru Qoşunlarının Komandanı Kiumərs Heydəri deyib ki, İran region ölkələrində sionist elementlərin mövcudluğuna dözməyəcək. Birincisi, bu, uydurmadır. Azərbaycan Müdafiə Nazirliyi tutarlı cavab verib. “Ölkədə sionist var” adı altında təxribatlara əl atılacaqsa, Azərbaycan dövləti layiqincə cavab verəcək. Dövlət səviyyəsində elan edilib ki, Azərbaycan ərazisindən hər hansı üçüncü ölkəyə qarşı istifadə edilə bilməz.

Azərbaycanın Hüquq Mühafizə və Xüsusi Xidmət orqanları... Yeni Sabah

Artıq Azərbaycan təkcə Ermənistanla qarşı-qarşıya deyil, həm də İranla mübarizə aparır. İran Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmağa cəhd edir, bunun fonunda nələrsə əldə etməyə çalışır. Başqa ölkələrin haqlı mövqeyinə burun soxmaqdansa, öz daxillərindəki problemləri həll etsinlər, insan hüquq və azadlıqları bərbad gündədir, etiraz edənlər edam edilirlər, işgəncələrə məruz qalırlar... Tam əmin olsunlar ki, Azərbaycanda ictimai-siyasi sabitlik yüksək səviyyədə qorunur, bunun əsasında da ölkədə xalq-iqtidar birliyi dayanır. Dünya İranın terrorçu mahiyyətindən əziyyət çəkir: Yaxın Şərq, Yunanıstan, Kipr və s. Dünya, müasir İslam dini İran kimi rejimlərdən xilas olmalıdır.

Pravda.az

14:57 - 31 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin