“Nə bilirlər ki, silahla rəftar edə bilmirik?” - Tahir Kərimli

 “Nə bilirlər ki, silahla rəftar edə bilmirik?” - Tahir Kərimli

“Əvvəla, Tahir Kərimli hüquqşünasdır. Bu, kifayətdir bilinsin ki, Tahir Kərimli silahla rəftar edə bilir. Tahir Kərimli orqanlarda işləyib, həmişə xidməti silahı da olub. Nə bilirlər ki, biz silahla rəftar edə bilmirik? Belə lağ-lağı söhbətlərə fikir vermək lazım deyil. O insanlara ayıb olsun, başqa söz deyə bilmirəm. Biz xalqımızı, vətənimizi sevirik və mənafeyini daim müdafiə edəcəyik. Bu cür məsələlər bizi yolumuzdan çəkindirməyəcək”.

Asayis.Az xəbər verir ki, bu sözləri müsahibəsində Milli Məclisin deputatı Tahir Kərimli deyib.

“Bilirsiniz, biz millət kimi yetkinləşməmişik. Yoxsa bu xalq heç vaxt özünün ali qanunverici orqanını belə lağa qoymazdı, dürüst rəftar edərdi, qiymətləndirərdi. Xüsusən o deputatları ki, onlar xalqdan ötrü öz şəxsi ailə mənafelərindən keçiblər, canlarını qoyublar, öz yaxınlarını vəzifələrə qoymurlar, maddi rifah əldə etmir, yalnız xalq üçün tələblər qoyurlar. Həmin deputatları gözdən salmaq istəyən insanlar bu cür fikirlər yayırlar”, - T.Kərimli bildirib. Pravda.az

14:20 - 31 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin